Venda (xalq)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Venda

VendaCənubi Afrika Respublikasının şimalında Zimbabve ilə sərhəddə yaşayan xalq.

Haqqında

Venda xalqının sayı təxminən 600 min nəfərdən 1 milyon nəfərədəkdir [1]. Venda dili Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri olan bantu dilləri ailəsinə aiddir. Venda xalqı bəzi mülahizələrə görə Konqo meşələri adlanan ərazidən, bəzi mülahizələrə görə Böyük Rif vadisində, Limpopo çayı sahillərində məskunlaşan bantuların köçürülməsi zamanı bu əraziyə gəlmişlər. 1973-1994-cü illərdə venda bandustanı mövcud olmuşdur.

Əfsanəyə görə venda knyazları öz xalqını Zimbabvedən Şimali Transvaala (idiki Cənubi Afrika Respublikasının Limpopo vilayəti) gətirən əfsanəvi qəhrəman Toxo ya Ndoyun nəslindəndirlər. Paytaxtın əsasını qoyduqdan sonra o, Fundizi gölündə itmişdir, əfsanəyə görə o, bu gün də həmin göldə yaşayır.

İstinadlar

  1. "Тсонга и венда  (ing.)". 2011-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-13.