Venera Məmmədova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Venera Məmmədova
Doğum tarixi 14 mart 1954(1954-03-14) (70 yaş)
Doğum yeri

Venera Məmmədova (tam adı: Məmmədova Venera Yusif qızı; 14 mart 1954, Ərəbyengicə, Noraşen rayonu) — pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi, SSRİ Ali sovetinin XI çağırış deputatı

Həyatı

Məmmədova Venera Yusif qızı 14 mart 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Şərur rayonunun Ərəbyengicə kəndində anadan olub.

Təhsili

1978-ci ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (indiki Bakı Slavyan Universiteti) və 1991-ci ildə Bakı Dövlət Univeristetinin nəzdində təşkil olunmuş parktiki psixoloqlar kursunu bitirmişdir.

Fəaliyyəti

Əmək fəaliyyəti

1978-90-ci illərdə Sədərək kəndində rus dili müəllimi, 1985-90-ci illərdə Şərur rayonu Qadınlar Şurasının sədri olmuşdur.1992-ci ildən Bakının Xətai rayonundakı 48 saylı orta məktəbdə müəllim-psixoloq işləyib.

Siyasi fəaliyyəti

SSRİ Ali sovetinin XI çağırış deputatı seçilib.

Təltif və mükafatları

Mənbə

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 318. ISBN 5-8066-1468-9.