Video RAM (VRAM)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Samsung VRAM

Video RAM (VRAM) – videoadapterdə, yaxud videokontrollerdə: video-görüntüləri monitora çıxartmaq üçün onların həm yazıldığı, həm də oxunduğu dinamik operativ yaddaş qurğusu.

Video-yaddaş

Video-yaddaş – videokartda, yaxud video altsistemində yerləşən və ekrana çıxarılan görüntünün götürüldüyü yaddaş. Bəzi hallarda video-yaddaşa yalnız displeyin aparat vasitələri müraciət edə bilər, ancaq çox zaman həm videoprosessorun, həm də mərkəzi prosessorun video-yaddaşa çıxışı olur və görüntülər video-yaddaşı yeniləyən mərkəzi prosessorun işinin nəticəsi kimi alınır. Video-yaddaşı oxuma və ora yazma zamanı video-qurğular prosessora nisbətən üstunlüyə malikdir, buna görə də video-yaddaşın tərkibinin yenilənməsi operativ yaddaşa müraciətə nisbətən yavaş baş verir.

Ədəbiyyat

Xarici keçidlər

SGRAM (Synchronous Graphics RAM) haqqında Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine

VRAM