Xıncab qəbristanlığı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Xıncab qəbristanlığıNaxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Xıncab kəndində arxeoloji abidə.

Haqqında

Qəbirlərin yerüstü əlamətləri itsə də, onların bir çoxunun baş daşı saxlanmışdır. Başdaşların üzərində ərəb əlifbası ilə yazıya rast gəlinir. Bəzi qəbirlərin üzərində dördkünc for- malı daş yığınlarına rastlanır. Vaxtilə qəbiristanlıqda olan sənduqə tipli qəbirüstü sinə daşlarının az bir qisminin parçaları saxlanmışdır. 2006 ildə aparılan araşdırmalar zamanı qəbristanlıqda xalq arasında sancı daşı adı ilə tanınan sənduqə tipli nadir qəbirüstü abidə aşkar olunmuşdur. Onun üzərində ərəb əlifbası ilə kitabə və təsvirlər var. Hazırda qəbiristanlığın ərazisində Orta əsrlərə aid şirli və şirsiz saxsı qabların parçalarına rastlanılır. Qəbir tiplərinə və sinə daşlarına əsasən Xıncab qəbiristanlığını 16-18 əsrlərə aid etmək olar. Qəbiristanlığın bir qismindən 20 əsrdə də istifadə olunmuşdur[1].

İstinadlar

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 192