Xəzər şanagülləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Xəzər şanagülləsi - (lat. Nelumbo caspica (DC.) Fisch. syn. (Nelumbo nucifera auct.)) ŞanagüləkimilərNelumbonaceae Dumort. fəsiləsinə aiddir.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Nadir, tropik bitki növüdür. 

Qısa morfoloji təsviri:

Qalın kökümsova malik olan, 1 m-dək hündürlükdə çoxillik su bitkisidir. Yarpaqları iri, yumruvari, qalxanşəkilli formada olur. Yarpaqların diametri 20-40 (50) sm, göyümtül, üst hissədən tünd –yaşıl, alt hissəsdən solğundur. Çiçəkləri iri, ətirli, 20 (25) sm diametrdə; ləçəkləri çəhrayı və ya açıq –çəhrayı rəngdə, tərs –yumurtavari, uzunsov formadadır. Erkəkcikləri yumruvari, çoxsaylıdır. Meyvəsi – xırda qoz, 10-22 (daha çox 14-17) sayda, yumruvari, tünd –göyümtül qabıqlı, 1-1,5 sm uzunluqdadır [1] 

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri:

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—iyul—avqust aylarına təsadüf edir. Su və rütubəti sevən (hidrofil), işıqsevən bitkidir. Toxumla və vegetativ üsulla çoxalır. Müxtəlif şirin su qruplaşmalarında və yaxud tək bitir, durğun və yavaş axan su sahələrində rast gəlinir. Bəzi su hövzələrində tamamilə yox olub. Qida, dərman və dekorativ bitkidir  [1][2][3]

Yayılması:

Kür-Araz ovalığında (Şirvan və Mil bozqırlarında, Zərdab rayonu (Qarasu çayı, Çaylı kəndinin ətrafı, Sarısu, Söyüdlübənd –axınlarda), Saatlı rayonu –Sarısu gölü, Kürdəmir rayonu-Şilyan və Sorsor ətrafında, Salyan rayonu –Aquşa çayı, Kür çayının sol qolu) [1][4][5]

Sayı və tendensiyası:

Populyasiyanın sayı məhduddur, az yerlərdə sıx cəngəllik əmələ gətirir. Yaşayış mühitinin davam edən azalması müşahidə olunur [5]

Məhdudlaşdırıcı amillər:

Qlobal istiləşmə ilə əlaqədar su hövzələrinin quruması, əhali tərəfindən çiçəklərinin toplanılması. Sarısu gölündə bu növün kəskin azalması müşahidə olunmuşdur. 

Mühafizə tədbirləri:

Qızılağac qoruğunda qorunur. AMEA-nın Botanika İnstitutunun sahəsində introduksiya edilmişdir. Aquşa çayında tam mühafizəsi tövsiyə olunur, su hövzələrində süni çoxaldılması, mütəmadi monitorinqlərin aparılması lazımdır. 

Tərtibçilər:

Abdıyeva R.T., Əsədova K.K. 

Fayl: Yusifov E.F. 

İstinadlar

  1. 1 2 3 Флора Азербайджана, 1952
  2. Azərbaycan SSR-in Qırmızı Kitabı; 1989
  3. Юсифов Э.Ф., Гаджиев В. Дж., 2002
  4. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012
  5. 1 2 Tərtibçilərin məlumatları