Xəzər gəvəni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xəzər gəvəni
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Xəzər gəvəni
Beynəlxalq elmi adı

Ümumi yayılması:

Qafqaz, Rusiya (Dağıstan),Türkiyə və İran ərazi-lərində təbii arealı vardır.

Azərbaycanda yayılması:

Talış dağlarının ən yüksək alp çəmənliklərində quru daşlı yamaclarda yayılmışdır.

Statusu:

Nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR B1ab(ı,ıı,ııı,ıv,v).

Bitdiyi yer:

Daşlı, qumlu, gilli yerlərdə rast gəlinir.

Təbii ehtiyyatı:

Azdır.

Bioloji xüsusiyyətləri:

Yarpağını tökən 30 sm hündürlükdə xırda koldur. Yarpaqları və budaqları 4 sm qədər uzunluqda qalın tikalıdır. Tikanlarının ucu şişdir. Yarpaqları yumurtavarı lansetşəkilli qısa tüklü kənarları kirpikvarı-dır. Yarpaqcıqları 4-7 cüt uzunsov xətvarı, hər iki ucu sivri, üstdən zəif altdan qalın tüklü bəzən çılpaq 6–8 mm uzunluqdadır. Yarpaqların tikanları qoltuğunda 2 çiçəkli uzun sünbülvari çiçsək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvarı, üstdən adətən tüklü, kənarı kirpikvarı təxminən kasacığa bərabərdir. Kasacıq 5 mm uzunluqda, ağ tüklü qaidəsi çılpaq bizvari dişlidir. Tacı təxminən 10 mm uzunluqda ağ zanbaq rənglidir. Dişicik uzunsov tüklü çılpaq sütunludur. Paxlası tüklüdür. Iyun – iyul aylarında çiçəkləyir. Iyul – avqustaylarında meyvəsi yetişir.

Çoxalması:

Təbiətdə vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri:

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi:

Azərbaycanda 1952-ci ildən becərilir.

Qəbul edilmiş qoruma tədbirləri:

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.

Zəruri qoruma tədbirləri:

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Məlumat mənbələri:

  • Флора Азербайджана. т.5. 1954;
  • Флора Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Naxçıvan Muxtar Res-publikası florasının taksonomik spektri. 2008;
  • Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.

İstinadlar

1."Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

2.“Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.