Yaşar Əliyev (yazıçı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yaşar Əliyev
Yaşar Məmmədəli oğlu Əliyev
Doğum tarixi (61 yaş)
Doğum yeri Əmircan, Bakı
Fəaliyyəti yazıçı, jurnalist
Üzvlüyü

Əliyev Yaşar Məmmədəli oğlu (3 may 1963, Əmircan) — nasir, tərcüməçi, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Yaşar Əliyev 1963-cü il may ayının 3-də Bakının Əmircan kəndində anadan olub. Burada 226 №-li orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib (1981-1983). Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1983-1989). Eyni zamanda Bakının Nizami rayonunda Yeyinti ticarəti idarəsində komsomol katibi olub. Sonra "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti (1986-1989), Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi "Xəzər" jurnalında şöbə müdiri (1989-1991), Azərbaycan Dövlət Teleradio Yayımı Komitəsində redaktor (1991-1992), Suraxanı rayon İcra hakimiyyətində şöbə müdiri (1992-1993), Əzizbəyov rayon İcra hakimiyyəti başçısının müavini (1993-1995) vəzifələrində işləyib. 1995-ci ildən "525-ci qəzet"in, 2005-ci ildən isə "Xəzər" jurnalının redaktorudur.

Bütün bu illər ərzində dövri mətbuatda hekayə və məqalələrlə çıxış edib. İlk mətbu hekayələri -"Canavar" və "Oğul" 1987-ci ildə "Ulduz" jurnalında çıxıb. Xuan Rulfonun "Pedro Paramo" romanını, Matilda Urrutianın "Pablo Neruda ilə birlikdə yaşanan ömür" adlı xatiratlar toplusunu Azərbaycan dilinə çevirib. Hekayələri bir sıra xarici dillərə tərcümə olunub. Ssenarisi əsasında "Divar" - eyniadlı film çəkilib.

Əsərləri

  • Yeddi (hekayələr). Bakı: Yeni Nəşrlər Evi, 1998, 104 səh.

Tərcümələri

  1. Xuan Rulfo. Pedro Paramo (roman). "Xəzər", N4, 2004, səh 30-75.
  2. Matilde Urrutia. Pablo Nerudayla yaşanan ömür. "Xəzər", N1, N2, N3, N4, 2006.

Filmoqrafiya

  1. Divar (film, 1991) (ssenari müəllifi)

İstinadlar

Həmçinin bax

Xarici keçidlər