Yaponiyanın Konstitusiya Günü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Konstitusiya Günü— Yaponiyanın dövlət bayramı. Hər il 3 mayda - 1947-ci ildə Yaponiya Konstitusiyasının qəbul edilməsinin ildönümündə qeyd edilir. Yapon qızıl həftəsinin bir hissəsidir.

Bu gündə Yaponiya Parlamentinin qapıları hər bir kəsin üzünə açıq olur. Burada Yaponiya üçün demokratik və pasifist konstitusiyanın əhəmiyyəti haqqında mühazirələr oxunur. Qəzetlərin ilk səhifələri adətən konstitusiyaya, eləcə də onun doqquzuncu maddəsinə həsr olunur.[1]

İstinadlar

  1. "Japan: Constitutional Controversy" (ingilis). Worldpress.org. iyul 2003. 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 209-08-24.

Xarici keçidlər

Həmçinin bax