Yuxarı Uzunoba nekropolu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Yuxarı Uzunoba nekropoluNaxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində Antik dövrə aid arxeoloji abidə.

Tarixi

Nekropol 1986-cı ildə aşkar edilmişdir. O, Yuxarı Uzunoba kəndindən şimalda, Naxçıvançayın sağ sahilində yerləşir. Dağıntı nəticəsində nekropolda olan küp qəbirlərin biri aşkar edilmişdir. Küp qəbir torpağın təzyiqindən qırılmışdı. Nekropolun bir hissəsi çayın yatağına düşdüyündən, buradakı qəbirlərin skeletləri pis qalmış və çürümüşdü. Küp qəbrin içərisindən insan skeletinin qalıqları və xırdabuynuzlu heyvan sümükləri aşkar olunmuşdur. Küp qəbirin ətrafından bir ədəd küpə tipli qab aşkar edilmişdir. Qab narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi yüngülcə cilalanmışdır. Ağzının və gövdəsinin bir hissəsi hislənmişdir. Yuxarı Uzunoba nekropolunu aşkar edilmiş keramika nümunələrinə əsasən e.ə. III-I əsrlərə aid etmək olar.[1]

İstinadlar

  1. Vəli Baхşəliyev. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, səh. 93