Zəki Şükürov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zəki Şükürov
Doğum tarixi 1 yanvar 1905(1905-01-01)
Doğum yeri
Vəfat tarixi 1987
Vəfat yeri
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni

Zəki Ruhulla oğlu Şükürov (1 yanvar 1905, اردبیل1987, Bakı) — neftayıran, Sosialist Əməyi Qəhrəmanı (1959).

Həyatı

Zəki Ruhulla oğlu Şükürov 1 yanvar 1905-ci ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Mərəlli kəndində anadan olub.

Əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır[1]. 1930-cu ildən Vanno Sturua ad. Neftayırma zavodunda operator köməkçisi, 1933-cü ildən operator, 1936-cı ildən baş operator, 1941-ci ildən qurğu rəisi, 1982-ci ildən operator vəzifəsində çalışmışdır. 1986-cı ildən pensiyadadır.

Azərbaycan Kommunist Partiyası 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir.

Şükürov haqqında sənədli film çəkilmişdir (1974).

Filmoqrafiya

İstinadlar

  1. "ŞÜKÜROV ZƏKİ RUHULLA OĞLU". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-10.