Zakir Ağayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zakir Ağayev
Doğum tarixi 9 fevral 1956(1956-02-09) (68 yaş)
Doğum yeri
Fəaliyyəti baletmeyster

Zakir İsmayıl oğlu Ağayev — baletmeyster, Azərbaycanın əməkdar artisti (2017).

Həyatı

Z.Ağayev 1973-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında rəqqas kimi fəaliyyətə başlayıb. 1994-cü ildə Moskvadakı Rusiya Dövlət Teatr Sənəti Akademiyası xoreoqrafiya sənəti kafedrasının baletmeyster fakültəsini bitirib. 1990-2000-ci illərdə Bakı Xoreoqrafiya məktəbində dünya xalq rəqsləri və Azərbaycan rəqsləri fənlərindən dərs deyib. 1995-1999-cu illərdə xoreoqrafiya məzunlarının buraxılış konsertlərini yüksək səviyyədə hazırlayıb. O, 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya tələbə və Gənclər festivalının diplomantıdır.

Zakir Ağayev işgüzar, təşəbbüskar müəllim istedadlı rəqqas kimi fəaliyyətini get-gedə genişləndirib, milli rəqslərimizin təbliğində səmərəli xidmətlər göstərib. Quruluşçu-baletmeyster işlədiyi vaxtlarda 20-dən çox rəqsə quruluş verib, bu rəqslərin çoxu xarici ölkələrdə, o cümlədən İtaliyada, Hollandiyada, Yaponiyada, Hindistanda, İspaniyada, Avstriyada, İordaniyada, ümumiyyətlə 50-dən çox ölkədə tamaşaçıların böyük rəğbətini qazanmışdır. Z.Ağayevin «Bakı-Tiflis-Ceyhan» neft kəmərinin təbliğ qrupununun konsert proqramında çıxışları xüsusilə əlamətdar olub.

Z.Ağayev həm də xoreoqrafiya əsaslarının nəzəri və praktiki elmi-tədqiqat işlərinin müəllifidir. 1997-ci ildən Azərbaycan Dövlət Musiqili Komediyada baş baletmeyster əvəzi işləyən Z.Ağayevin həmin teatrının bütün cari repertuarında olan tamaşalardakı rəqslərə quruluş veribdir.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

Filmoqrafiya

  1. Müəmmalı yubiley (film, 2007)
  2. Sübhün səfiri (film, 2012)

İstinadlar

  1. President.az. "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.03.2017. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.