Zakir Fəxri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
ZAKİR FƏXRİ
Zakir Mirsadıx oğlu Sabitov
Doğum tarixi (76 yaş)
Doğum yeri Ağdam
Fəaliyyəti şair

Sabitov Zakir Mirsadıx oğlu — şair, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Zakir Fəxri 1948-ci il aprelin 3-də Ağdam şəhərində anadan olmuşdur. Yevlax 1 saylı şəhər orta məktəbində səkkizinci sinfi, 2 saylı şəhər orta məktəbinin axşam fəhlə-gənclər şöbəsini gümüş medalla bitirmişdir (1955-1966). Əmək fəaliyyətinə çilingər kimi başlamışdır (1963-1965).

Azərbaycan Dövlət Politexnik İnstitutunun nəqliyyat fakültəsinə daxil olmuş, institutu bitirdikdən sonra "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ştatdankənar müxbir işləmişdir (1972-1973). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1985-1989), Azərbaycan Tərcümə Mərkəzi sədrinin müavini (1989-1991), əlaqələr şöbəsinin müdiri olmuşdur (1991-1992).

Hazırda "Xəzər" jurnalının tərtibatçılarından biridir. "Azərbaycan gəncləri" qəzetində 1972-ci ildə çıxan "Unutmaram", "Yollar" şerlərindən sonra dövri mətbuatda müntəzəm çıxış edir. Şeirlərinə mahnılar bəstələnmişdir. "Xatirə çiçəyi", "Bir ömrün tarixi" kimi irihəcmli kitabların müəllifidir.

Əsərləri

  • "Xatirə çiçəyi",
  • "Bir ömrün tarixi"

Xarici keçidlər

Həmçinin Bax