Zolaqlı kenquru

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zolaqlı kenquru
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Zolaqlı kenquru
Beynəlxalq elmi adı

Zolaqlı kenquru, və ya Zolaqlı vallabi-dovşan (lat. Lagostrophus fasciatus) — kisəli məməlilərə aid kiçik kenquru növü. Kenqurular fəsiləsi, Zolaqlı kenqurular cinsinə aid tək növ.

Təsviri

Bədəninin uzunluğu 40–45 sm, quyruğunun uzunluğu 37,5 sm, çəkisi — 1,3–2 kq təşkil edir. Yumşaq və uzun xəzi boz rəngdədir. Bel nahiyyəsindən qara zolaqlar keçir. Sifəti iti quruluşa malik olub tüksüzdür. Qulaqları qısadır. Uzun quyruğu isə bütünlüklə tüklə örtülüdür. Vallabi-dovşan adı ona dovşan yerişi ilə hərəkətinə görə verilmişdir.

Yayılması

Avropalıların Avstraliyaya gəlişinə qədər bu canlılar Qərbi Avstraliyanın cənubunda geniş ərazidə yayılmışdılar. Onların qalıqları Avstraliyanın digər ərazilərinə belə aşkarlanmışdır. Sonuncu dəfə bu canləıya 1906-cı ildə materrikdə rast gəlinmişdir. Ondan etibarən növün materik hissədə nəslinin kəsilməi ehtimal edilir. Hazırda isə onlara ancaq iki yaşayışı olmayan adada (Berne və Dorr) rast gəlinir.

Həyat tərzi

Növ gecə həyat tərzi keçirir. Gündüzlər isə onlar əsaən yatırlar. Olduqca qorxaq olması ilə seçilirlər. Müxrəlif növ bitkilərlə qidalanırlar.

Çoxalması

Yetkinliyə iki yaşında çatır. Çütləşmə dövrü Dekabrdan sentyabra kimi davam edir. Dişi adətən 1 və ya nadir hallarda 2 bala verir. Balalar kisədə 6 ay müddətində qalır.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1998.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Ədəbiyyat

  • Ronald M. Nowak: Walker's Mammals of the World. Johns Hopkins University Press, 1999 ISBN 0-8018-5789-9

Xarici keçidlər