Kessi Bernall
Kessi Bernall, 6 noyabr 1981-ci ildə anadan olmuşdur. 1999-cu ilin, aprel ayının 20si Kolumbiya məktəbində baş vermiş qətliamda həlak olmuşdur.
Həyatı[redaktə | mənbəni redaktə et]
Kessi Bernall 1981-ci ilin 6 noyabrında anadan olmuşdur. Kessi, qısa həyatının bir dönəmini narkomaniyaya, cadu və qəddar fantaziyalara ayırmışdı.
Kessi Bernall 1999-cu ildə baş vermiş dəhşətli qətliamda həlak olmuşdur. Öldürüldüyü gündən əvvəlki gecə Kessinin yazdığı və növbəti gün rəfiqəsi Amandaya ötürdüyü qeydində yazılıb:
"Səmimi qəlbdən mən tamamilə Tanrı üçün yaşamaq istəyirəm. Bu çətin və dəhşətlidir amma buna dəyər."
"O "bəli" dedi" kitabı, ailəsi tərəfindən Kessi üçün yazılmışdır.
Ölümü[redaktə | mənbəni redaktə et]
1999-cu ildə baş vermiş qətliamda, qatillərdən biri Kessiyə yaxınlaşaraq silahı onun başına dayayır və ona "Tanrıya inanırsan?" sualını verir. Kessi, cavabında "Bəli." demişdi və bundan sonra qatil Kessinin həyatına son qoymuşdu.