Kral Nikolay Sarayı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Kral Nikolay Sarayı
Xəritə
42°23′09″ şm. e. 18°55′29″ ş. u.
Ölkə
Yerləşir Çetinye
Tikilmə tarixi 1863
Üslubu neoklassik memarlığı, modern
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kral Nikolay SarayıMonteneqronun Çetinye şəhərində tarixi məkan.

Saray Kral Nikolayın dövründə - 1863-cü ildə tikilmişdir. Orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir.

Saray hazırda muzey kimi fəaliyyət göstərir. Muzeydə Monteneqro tarixinin mühüm mərhələlərini əks etdirən qiymətli eksponatlar saxlanılır. Muzeydə qədim silahların kolleksiyaları toplanmışdır. Burada bir çox rəssamların müxtəlif illərdə yaratdığı qiymətli əsərlər də sərgilənir. Muzeyin qiymətli eksponatları arasında qədim pullar, bayraqlar, keçmişdə və indi istifadə olunan hərbi geyimlər nümayiş olunur.

Sarayda son illərdə yenidənqurma işləri aparılmış, binanın tarixi görkəmi bərpa edilmişdir.