Ruslan Əliyev (kafedra müdiri)
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Ruslan Əliyev | |
---|---|
Ruslan Allahverdi oğlu Əliyev | |
Doğum tarixi |
Ruslan Əliyev — Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi,[1] Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMİ) Dayanıqlı İnkişaf Mərkəzinin direktoru[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Ruslan Əliyev 1974-cü ildə anadan olub. 1996-cı ildə MDBMİ-nin beynəlxalq hüquq fakültəsini bitirib, 1999-cu ildə isə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin sığorta kafedrasında namizədlik dissertasiyası müdafiə edib.
1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, 2000-2004-cü illərdə ARDNŞ-in sığorta məsələləri üzrə xarici investisiyalar idarəsi rəisinin müavini vəzifəsində çalışıb.
2004-cü ildə o, “Kapital Perestraxovaniye” Qapalı Səhmdar Cəmiyyətinin Moskva filialına icraçı direktor vəzifəsinə dəvət edilib, 2007-ci ildə “Kapital” sığorta qrupunun prezidenti, 2008-ci ildə isə həm də “Kapital Straxovaniye” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.
2011-ci ildə Rusiyanın dünyada tanınmış ali məktəblərindən birinin – Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) kafedra müdiri vəzifəsinə ilk dəfə azərbaycanlı Ruslan Əliyev təyin edilib.[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ruslan Əliyev: "Azərbaycan toxuculuq məhsulları Rusiyada geniş rəğbət görür"". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-26.
- ↑ "Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin olunub". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-26.
- ↑ Həmvətənimiz Rusiyada ali məktəbin kafedra rəhbəri təyin edilib[ölü keçid]