Tükvari qamçılıca

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Tükvari qamçılıca
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Tükvari qamçılıca
Beynəlxalq elmi adı

Tükvari qamçılıca (Anogramma leptophylla (L.) Link) — qıjılar sinfinə aid bitki növüdür. [2]

Elmi adı : Anogramma leptopyylla (L.) Link 

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1 ab(i, ii, iii, iv)+2ab(i, ii, iii, iv). Azərbaycanın nadir növüdür. 

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Birillik  bitkidir, 5-20 sm hündürlükdədir. Steril yarpaqları qısa, saplaqlı, böyrəkvari; seqmentləri yelpiy şəkillidir; fertil yarpaqları oval-lansetvari, saplağı qırmızı-qonur, uzun; ikinci sıra seqmentləri pazvari tərc-oval şəkillidir; bəzən bir bitkidə bütövlükdə yarpaqların fertil olması müşahidə olunur; sporların üçşüalıdır. [3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Sporlarla çoxalır, sporların yetişmə dövrü may-iyun aylarına təsadüf edir. Aşağı və orta dağlıq qurşağın kölgəli meşə formasiyalarında və qaya çatlarında bitir. Petrofitdir. Dekorativ bitkidir. [3] [4]

Abşeron (Puta stansiyasından 6 km şimal-qərbə doğru, Korgöz dağının qərb yamacında (qaya çatlarında); Lənkəran ovalığı (Nisyaku dağı, Alekseyevka kəndi, əkin sahəsinin kənarları; Astara rayonu, Pensər kəndinin ətrafı). [3] [5][6] [7]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Tək-tək rast gəlinir, sayı çox azdır. [7]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Bitmə şəraitinin, xüsusən meşə sahələrinin qırılması və digər antropogen amillər.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Məlum biotoplar mühafizə edilməli, təbiətdə axtarışı davam etdirilməlidir.

  1. Australian Plant Name Index (ing.).
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  3. 1 2 3 Флора Азербайджана, 1950
  4. Аскеров А.М., 1983
  5. Красная книга Азербайджанской ССР, 1989
  6. Аскеров А.М., 2001
  7. 1 2 Əsgərov A.M., V.N. Kərimov, 2013