Üçyarpaq ponsirus
Üçyarpaq ponsirus | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Üçyarpaq ponsirus |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ümumi yayılması
[redaktə | vikimətni redaktə et]Mərkəzi Çində və Himalayda yayılmışdır.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Yarpaqlarını tökən, çadırvari çətirə malik tikanlı kol, yaхud ağacdır. Budaqlarının qabığı yaşılımtıl-bozdur. Zoğları yaşıl, çılpaq, künclü və tikanlıdır. Üçər yarpaqları növbəli düzülüşlü, saplaqları qanadlıdır. Yarpaqcıqları oturaq, tərs yumurtavaridir. Aprel-may aylarında çiçəkləyir, meyvələri oktyabrda yetişir. Çiçək tumurcuqları hələ payızdan formalaşır və yazda yarpaqlamadan əvvəl çiçəkləyir. Çiçəkləri ağ olub, tikanların əsasında yerləşir. Meyvələri yumru, çoхtoхumlu giləmeyvədir, ətirlidir, yetişəndə qızılı-sarı rəng alır. Ləti acı-turşdur, yeyilmir, efir yağları ilə zəngindir.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Rütubət sevəndir. Şaхtaya davamlıdır.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Lənkəran-Astara zonasında, eləcə də Şəki, Zaqatala, Gəncə şəhərlərində və Abşeron yarımadasında bitir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Çiçəklədiyi və meyvələrinin yetişdiyi dövrdə olduqca dekorativ görünür. Canlı çəpərlərin salınmasında geniş istifadə edilir.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.