Avstraliyada ali təhsil

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Avstraliyada ali təhsilAvstraliya təhsil sisteminin tərkib hissəsi.

Avstraliya ali məktəblərində qəbul imtahanı yoxdur. Universitetlərə qəbul orta məktəbi birməyə görə verilən sertifikatdakı (High School Certificate) buraxılış imtahanlarının nəticəsinə görə aparılır. Sertifikatın adı müxtəlif ştatlarda müxtəlif cür adlansa da, qəbul zamanı onlar eyni götürülür.

Avstraliyada ali təhsil

[redaktə | mənbəni redaktə et]

Avstraliyada 40 universitet və 350 kollec vardır. Orada avstraliyalılardan başqa 300 min də xarici tələbə təhsil alır. Avstraliya diplomları bütün dünyada tanınırlar.

Ölkə ali təhsil sistemi Britaniya təhsil sistemi üzərində qurulub və ona yüksək təhsil keyfiyyəti, tələbələrin müstəqilliyi və elmi tədqiqatlara yönəlilik xarakterikdir. Avstraliyada elmi tədqiqatlara hər il böyük məbləğdə dövlət vəsaiti ayrılır. Bir çox Avstraliya alimi Nobel mükafatına layiq görülmüşlər.

Ölkədən kənarda fəaliyyət göstərən ali məktəblər Dövlət təhsil, elm və tədris departamentinin nəzarəti altında fəaliyyət göstərir.

Tədris proqramının müddəti 3-4 il, tibb təhsili 6 ilə qədər. Avstraliyanın "böyük səkkizliyinə" (GO8) daxil olan universitetlər daha populyardır. Digər universitetlər də keyfiyyətli təhsilə zəmanət verirlər. Təhsil haqqı ilə 14-21 min Avstraliya dollarıdır.

Avstraliya universitetlərinə daxil olmaq üçün mütləq axırıncı iki ili ingilis dilli ölkələrdə təhsil almaq lazımdır. Əks halda universitet tərkibindəki kollecdə Certificate in Foundation Studies poqramı ilə xüsusi kurs keçmək lazımdır.

Digər tərəfdən öz ölkəsində universitetin bir-iki kursunu bitirən və azı 18 yaşı olan şəxs IELTS üzrə azı 6.5 ball toplayarsa birbaşa Avstraliya universitetlərinin müvafiq kursuna qəbul edilir. Tədris proqramı 1 il, təhsil haqqı 14-17 min Avstraliya dollarıdır.

Tədris proqramının müddəti 1-2 ildir. Təhsil haqqı ilə 20-30 min Avstraliya dollarıdır. Təhsil haqqı Böyük Britaniya və ABŞ-dakından xeyli aşağıdır. Digər ölkələrdə ali məktəbi bitirən şəxslər ali təhsil diplomunu təqdim etməli və IELTS üzrə azı 6.5 ball toplamalıdırlar. Bir çox hallarda MBA proqramı üzrə daxil omaq üçün rəhbər vəzifədə 3 il işləməsi tələb edilir. Əgər təhsiliniz magistratura ixtisasından fərqlənirsə Diploma\Certificate proqramı üzrə xüsusi kurs keçməsi tələb edilir.

Yaşayışa və yeməyə tələbələr aya təxminən 1000 Avstraliya dolları sərf edirlər. Tələbələr ya yataqxanada ya da kirayə evlərdə yaşayırlar. Avstraliya cinayətkarlığın az olduğu ölkələrdən sayılır.

Tələbələr həftədə 20 saat hesabı ilə işləyə bilərlər. Avstraliyada iki il yaşayan tələbə ilyarımlıq iş vizası ala bilər. 5 il yaşayan isə yaşayış vizası ala bilər.[1]

  1. "Arxivlənmiş surət". 2016-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-17.