Natəvan Məmmədova

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Natəvan Məmmədova
Doğum tarixi 7 mart 1966(1966-03-07) (58 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
IMDb ID0541067

Natəvan Məmmədova (7 mart 1966, Bakı) — Azərbaycan aktrisası.

Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı Moda Evinin işçisi olan anası tanınmış dərzi olub. Natəvan kinoda debütünü 17 yaşında edib. O, "Azərbaycanfilm"in çəkildiyi "Park" və digər filmlərdə obrazlar yaradıb. Lakin sonradan kinodan uzaqlaşaraq tamam ayrı sahəyə üz tutub. O, İnşaat Unversitetinin memarlıq fakültəsinə daxil olaraq memarlıq üzrə magistr dərəcəsi alıb. Daha sonra isə kinesioloji terapiya üzrə təhsil alıb.

Onun həyatında idmanla da bağlı maraqlı faktlar var. 90-cı illərin əvvələrində Azərbaycanda populyar olan şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olub və bu yöndə olan yarışlara qatılaraq parlaq nəticələr əldə edib. 1990-cı ildə kunq-fu üzrə keçirilən Azərbaycan çempionatının bürünc mükafatını alıb.[1] 1991-ci il təvəllüdlü Anar adında oğlu vardır.

90-cı illərin ortalarında Azərbaycanı tərk edib. 1997-ci ildən İsrailin Netaniya şəhərində yaşayır.

  1. Park (film, 1983) — qız
  2. Tənha narın nağılı (film, 1984) — Surət
  3. Bəyin oğurlanması (film, 1985) — Yasəmən
  4. On yeddi yaşlı oğlan (film, 1985) — Məleykə
  1. "KADRARXASI | `Vidadi Həsənovla öpüş səhnəm çəkiləndə...`". 2017-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.