Püstə Məlik-Aslanova

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Püstə xanım Məlik-Aslanova
Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova
Doğum tarixi
Doğum yeri Qaryagin, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Kamal
Uşağı Sənan
Atası Süleyman bəy
Anası Xurşud xanım
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu

Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova (2fevral1926, Qaryagin, Azərbaycan SSR, ZSFSR, SSRİ2001, Bakı, Azərbaycan Respublikası) — Tibb elmləri doktoru, professor,

Azərbaycan Respublikasının əməkdar elm xadimi (02.11.2000)

Püstə xanım 1926-cı ildə Qaryagin (indiki Füzuli) şəhərində Qarabağın qədim və zadəgan Məlik-Aslanovlar ailəsindəndə anadan olmuşdu.

1949-cu ildə Azərbaycan Dövlət Tibb institutunu(indiki Azərbaycan Tibb Universiteti) bitirib.

1951—1953-ci illərdə Onkologiya İnstitutunun aspiranturasında oxuyub.

● 1954-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

● 1970-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

● 1957—2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, respublikada yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir.

● 1984-cü ildə professor elmi adına layiq görülmüşdür.

● Püstə xanımın fəal iştirakı ilə təşkil olunmuş traxomanın laborator diaqnostikanın xidməti bu ağır göz xəstəliyinin respublikada tam ləğv olunmasını mümkün etmişdir. Onun səyləri nəticəsində institutda tətbiq edilmiş histokimyəvi üsullar, elektron, lyuminessent və polyarizasiyon mikroskoplarla aparılan müayinələr görmə üzvünün xəstəliklərinin morfoloji diaqnostika prinsiplərinin işləməsinə qiymətli əmanət olmuşdur və görmə üzvünün yenitörəmələrinin morfoloji diaqnostikası işində də böyük xidmətlərə malikdir.

● Məlik-Aslanovanın 150-dən artıq elmi əsər, 2 monoqrafiya çap etdirmişdir, 2 doktorluq və bir çox namizədlik dissertasiyalarının rəhbərliyində iştirak etmişdir.

● Həyat yoldaşı: Kamal Kərimzadə(1921—?)

● Övladı: Sənan

Məlik-Aslanovlar

Məlik-Aslanovlar[+]

N.A.Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, Səda, Bakı, 2001, səh. 30 ISBN 5-86871-204-4

E.E.İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 168 ISBN 9952-25-001-0