Smitsonit

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Smitsonit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
ZnCO₃
Strunz təsnifatı Vb/A.02[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Smitsonit – Zn [CO3] - triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Dəmirli və manqanlı smitsonitlər.

Rəng – ağ, rəngsiz, boz, sarımtıl, yaşılımtıl, narıncı, mavi, qəhvəyi, qırmızı, çəhrayı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,5; Sərtlik – 4,5-5; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə orta; Sınıqlar – qeyri-hamardan yarımqabıqvariyədək; Lüminessensiya – katod şüalarında çəhrayı; Morfologiya – kristallar: nadir rast gəlir; romboedrik, skalenoedrik; üzləri adətən əyilmiş və qeyri-hamar olur; Mineral aqreqatları: dənəvər, qabıq-, böyrək-, salxım- və torpaqvarı, sıx, şüşəyəoxşar, lifli, məsaməli, oyuqlu kütlələr, stalaktitlər.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Sfaleritsaxlayan filiz yataqlarının oksidləşmə zonasında rast gəlir, sfaleritin, damarlardakı karbonatların və ya filizyerləşdirən əhəngdaşlarının və dolomitlərin əvəzlənməsi yolu ilə əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: sfalerit, qalenit, malaxit, azurit, kalsit, serussit, hötit, hidrohötit, hidrohematit və b. Mineralın tapıldığı yerlər: Ledvill, Kolli, İnyu (ABŞ); Meksika; Sumeb (Namibiya); Monteponi və İqlesias (İtaliya); Dalneqorski (Rusiya); Açısay (Qazaxıstan) və b. Azərbaycanın bir sıra filiz yataqlarının (Filizçay, Katex, Katsdağ, Mehmana, Ağdərə, Gədəbəy, Novoqorelovski və b.) oksidləşmə zonasında qeyd olunan smitsonit tapıntıları mineraloji əhəmiyyət kəsb edir.

İri yığınlarının mühüm sink mənbəyi kimi böyük praktik əhəmiyyəti vardır.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]