Xırdayarpaq şümşad
Naviqasiyaya keç
Axtarışa keç
Xırdayarpaq şümşad | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Xırdayarpaq şümşad
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Yaponiyada təbii halda bitir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 6-8 m olan yığcam çətirli koldur.Cavan zoğları çılpaqdır və dördtillidir.Yarpaqları 0,5-2 sm uzunluğunda,0,3-1,2 sm enində,tərs yumurtavari və ya neştərşəkillidir,dəyirmi və ya oyuq təpəli olub,qaidəsi pazvaridir.Oturaq çiçəklərdən ibarət çiçək qrupu budaqların ucunda yerləşmışdir.Erkək çiçəklərinin uzunluğu dişi çiçəklərin uzunluğuna bərabərdir.Kolun bölünməsi və qələm vasitəsilə çoxaldılır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Quru və yarımrütubətli subtropik rayonlarda normal böyüyüb inkişaf edir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Zaqatalada,Şəkidə,Gəncədə park və bağlarda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Canlı çəpər yaradılmasında,bordür salınmasında istifadə edilir.