Əl üstə kimin əli (oyun)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Əl üstə kimin əli Azərbaycan uşaq oyunu.

6-14

Oyunçuların sayı

[redaktə | mənbəni redaktə et]

5-8 nəfər.

Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir.

“Mütəhərrik və əyləncəli oyunlar”, Baloğlan Quliyev, (Bakı – «ADPU» nəşriyyatı-2011)