Təbib (nəşriyyat)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
"Təbib" nəşriyyatı
Logo
Ümumi məlumatlar
Sənaye Nəşriyyat
Məhsulu Əsasən çap məmulatları
Təsis tarixi 1991
Rəhbərlik
Rəhbərlik T.Səfərov, X.A.Balaxanlı

"Təbib" nəşriyyatı

"Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir.

Nəşriyyatın ilk direktoru T. Səfərov olmuşdur.

1994-cü ildən X. A. Balaxanlı direktor təyin edilmişdir.

Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir.

Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir.

  • Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495–55-76.