Zülfüqar İsmayılov
İsmayılov Zülfüqar | |
---|---|
İsmayılov Zülfüqar Əli Oğlu | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Qərbi Azərbaycan Basarkeçər |
Vəfat yeri | Drambon |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Gəncə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1992 -1993 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
İsmayılov Zülfüqar Əli oğlu ({{DVTY}} şablonu boşdur ) — Azərbaycanlı şəhid.
Həyatı[redaktə | mənbəni redaktə et]
İsmayılov Zülfüqar Əli oğlu 31 avqust 1973-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur.O, orta məktəbi bitirdikdən sonra "Emin" kooperativində əmək fəaliyyətinə başlamış, təxminən bir ilə yaxın orada işləmişdir.
Təhsil[redaktə | mənbəni redaktə et]
O, Böyük Məzrə kənd orta məktəbinin birinci sinfinə getsə də,məlum hadisələrlə əlaqədar olaraq ailəsi ilə birlikdə Gəncə şəhərinə pənah gətirmişlər. Zülfüqar İsmayılov təhsilini Gəncə şəhəri 13 saylı orta məktəbdə davam etdirmişdir.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış,002 saylı hərbi hissənin tərkibində Sırxavənd, Drambon, Vaquas kəndləri həmçinin Qozlu körpü uğrunda gedən döyüşlərdə böyük hünərlə xidmət göstərmişdir. Drambon uğrunda gedən qızğın döyüşlərin birində sol ayağından yaralansa da,geri çəkilməyən həmyerlimiz elə cəbhədəcə ayağını orada xidmət göstərən həkimlərə sarıtdıraraq xidmətini davam etdirmiş,düşmənin silahlı qüvvələrinə ağır zərbələr endirmişdir. Lakin İsmayılov Zülfüqar Əli oğlu 11 fevral 1993-cü ildə düşmən snayperindən açılan güllənin qurbanı olmuş və şəhid olmuşdur. Meyiti Gəncə şəhərinə gətirilərək Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
İrsi[redaktə | mənbəni redaktə et]
Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.