Kürdüstan Azad Həyat Partiyası
Naviqasiyaya keç
Axtarışa keç
PJAK | |
---|---|
Növü | Terror təşkilatı |
Yaranma tarixi | 2004-ci il |
Rəsmi dili | kürd dili |
Sədr | Viyan Peyman u Əmir Kərimi |
pjak.eu/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
PJAK (kürd. Partiya Jiyana Azad a Kurdistanê) — İranda fəaliyyət göstərən terror təşkilatı. PJAK, PKK-nın əsas silahlı qanadlarından biridir. Təşkilatın məqsədi, İran ərazilərinin kürdlər yaşayan mərkəzlərini ələ keçirmək və buranı Kürdistan adlanan dövlətə qatmaqdır. PJAK 2009–2011-ci illərdə, İran Silahlı Qüvvələri ilə aparılan şiddətli döyüşlərdə xeyli zəifləmişdir. Terror təşkilatının bir çox səhra komandirləri öldürülmüş və İraqla sərhəddə yerləşən partizanların yaşadığı mağaralar bombalanmışdır.
Pjak terror təşkilatının törətmiş olduğu terror aktları
[redaktə | vikimətni redaktə et]2005
[redaktə | vikimətni redaktə et]- 20 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 6 İran əsgəri həlak olmuş və 8-i yaralanmışdır.
- 21 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 10 İran əsgəri öldürülmüşdür.
- 26 iyul İran qüvvələri ilə terrorçular arasında baş verən qarşıdurmada 16 İran əsgəri öldürülmüşdür.
2006
[redaktə | vikimətni redaktə et]- 3 aprel Terrorçuların İranın Maku şəhərində təhlükəsizlik qüvvələrinə hücum etmələri nəticəsində 24 təhlükəsizlik qüvvəsi həlak olmuşdur.
- 8 may İranın Kermenşah vilayətində hökumət binası partladılmışdır.
- 27 may İranın Mako şəhəri yaxınlığında terrorçularla təhlükəsizlik qüvvələri araında baş verən qarşıdurmada 4 İran əsgəri həlak olmuşdur.
- 5 sentyabr İran qüvvələri ilə terrorçular arasında toqquşmalarda 30 əsgər həlak olmuş və 40 nəfər yaralanmışdır.
2007
[redaktə | vikimətni redaktə et]- 24 fevral Terrorçuların bir vertolyotu atəşə tutmaıarı nəticəsində İran təhlükəsizlik qüvvələrinin bir necə yüksək vəzifəli əməkdaşları daxil 20 əsgər həlak olmuşdur.
- 25 fevral 1 mart Terrorçuların hücumlarında 17 İran əsgəri öldürülmüşdür.