Monadidlər

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Monadidlər – (lat. – Monadidae ) fəsiləsi.

Tək yaşayan rəngsiz qamçılılardır. Pellikulası nazik və plastikdir. Bədəni girdə, ovalvarı, bəzən uzunsovdur. Sərbəst üzür və ya substrata yapışır. Müxtəlif uzunluqda 2 qamçısı olur.[1]

Stiqma bütün növlərdə olmur. Yığılıb-açılan vakuol qamçının əsasındadır. Bəzi növlərdə ön ucda ağız yarığı olur. Qovuqşəkilli nüvə hüceyrənin ortasındadır. Ehtiyat maddəsi – leykozin və piylərdir. Çoxalması aqam tiplidir. Cinsi proses iki fərdin kopulyasiyası yolu ilə baş verir. Qidalanması heterotrofdur. Şirin və dəniz sularında, torpaqda yaşayır. Su hövzələrinin təmizlənməsində iştirak edir.[2]

Azərbaycanda 6 növü məlumdur: Şirvan çölünün boz, Lənkəran vilayətinin sarı torpaqlarında Monas vulgaris Senn, M. minima Meyer, Şirvan çölünün boz torpaqlarında M. sociabilis Lemmermann, M. socialis Kent, Şirvan çölünün boz, Lənkəran vilayətinin sarı torpaqlarında M. elongata Lemmermann, Monas sp. aşkar edilmişdir.

  1. Амирасланова Т. И. «Простейшие (Protozoa) сероземных почв Ширванской степи при посевах хлопчатника, люцерны и кукурузы.» Автореф. канд.дис. Баку, 1967, 21с.;
  2. Мусаев М. А., Ибадов Р.Р «Видовой состав и численность почвенных простейших в ризосфере некоторых субтропических растений (мандарин, фейхоа, лавр благородный) Ленкоранской природной области.» Изв. АН Азерб. СССР, сер. биол. наук, Баку, 1979, №2, с. 76-82.