Vidadi Salahov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Vidadi Salahov
Vidadi Koroğlu oğlu Salahov
Doğum tarixi
Doğum yeri Kəlbəcər
Vəfat tarixi (60 yaşında)
İxtisası Tarix
Təhsili Voronej Dövlət Universiteti
Elmi dərəcəsi
Mükafatları Tərəqqi medalı

Vidadi Salahov (Vidadi Koroğlu oğlu Salahov ; 31 dekabr 1957 – 14 oktyabr 2018) — tarix üzrə fəlsəfə doktoru, "Turan-exspress" qəzetinin baş redaktoru,"Tərəqqi" medalı laureatı, Tarix elmləri doktoru, professor, Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki, Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri.[1]

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olmuşdur.

  • 1978–1983-cü illərdə Voronej Dovlət Universitetinin tələbəsi olmuşdur. Tarix üzrə fəlsəfə doktorudur.
  • 1983–1987-ci illərdə Tselinoqradda 23 saylı orta məktəbin tarix muəllimi kimi calışmışdır. Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvüdür.
  • 1987–1992-ci illərdə Kemerov vilayəti Tastaqol rayonunun Kondama kəndinin orta məktəbinin tarix muəllimi kimi fəaliyyət göstərmişdir.
  • 1994–1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun "Priziv" qəzetində muxbir vəzifəsində işləmişdir.
  • 1997–2004-cü illərdə "Akmola" Astana şəhərində fəaliyyət gostərən "Azamat", "Times" qəzetinin müxbiri olmuşdur.
  • 2004-cü ildə "Turan-exspress" qəzetinin baş redaktoru vəzifəsində calışmağa başlamışdır.

Ailəlidir

14 oktyabr 2018-ci ildə vəfat edib.

Qazaxıstan Prezidentinin 2 minnətdarlıq məktubu, "Qızıl qartal" ordeni ilə (Qonover),16 diplom və fəxri fərmanlar, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[1]

  1. 1 2 "Qazaxıstanda azərbaycanlı alimə elmi dərəcə verildi". 2017-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]