Çaparral meşələri
Çaparral meşələri- Mülayim iqlim şəraitində formalaşır.
Yayılma arealı
[redaktə | vikimətni redaktə et]Aralıq dənizi sahili rayonlarında, Avstraliyanın cənub sahilləri boyu, Kaliforniya və Meksikada yayılmışdır.
Yayıldığı şərait
[redaktə | vikimətni redaktə et]Yumşaq, mülayim iqlimi olan ərazilərdə yayılmışdır. İllik yağıntıların miqdarı 500-700 mm olub isti qış dövründə düşür.
Bitki növləri
[redaktə | vikimətni redaktə et]Çapparal qruplaşmaları ağaclardan dəfnə, həmişəyaşıl palıd növləri və qalın sarı rəngli həmişəyaşıl yarpaqlı kollardan ibarətdir. Avstraliyanın meşələrində evkalipt ağacları və kolluqlar dominantlıq edir.
Heyvanlar aləmi
[redaktə | vikimətni redaktə et]Burada qaraquyruqlu maral və bir çox quşlar burada yaşayır. İsti quru yay dövrü başlayan zaman onlar şimala dağ rayonlarına köçürlər. Bu meşelərin daimi sakinləri azdır: Bəhmən kiçik dovşanı, ağac siçovulları, burunduklar, kərtənkələlər, xırda sərçələr daha xarakterikdir. Vegetasiya dövrünün sonunda çoxalan quş və həşərat populyasiyalarının sıxlığı azalır; yayın sonunda bitkilər quruduqda da populyasiyaların sayı azalır.
Ekoloji problemləri
[redaktə | vikimətni redaktə et]Yayın sonunda baş verən yanğınlar yamacları çılpaqlaşdırır. Yanğından sonra ilk yağışlar zamanı kollar tez və sürətlə sahəni tutaraq 15-20 il ərzində maksimum boya çatır. [1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "EKOLOGİYA, ƏTRAF MÜHİT VƏ İNSAN (Ali məktəblər üçün dərslik )" (PDF). 2017-07-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.