Çinyanovo (Mordoviya)
Çinyanovo | |
---|---|
Кендя | |
54°27′50″ şm. e. 46°23′36″ ş. u. | |
Ölkə | Rusiya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVII əsr |
Əhalisi | |
Əhalisi | 439 (2016) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 431776 |
Vikianbarda əlaqəli mediafayllar |
Çinyanovo (erz. Кендя[1]) — Rusiya Federasiyası, Mordoviya Respublikası, Dubyonski rayonu ərazisində yerləşən kənd. Çinyanovo inzibati vahidliyinin mərkəzidir.
Coğrafiya[redaktə | mənbəni redaktə et]
Kənd Kanskyakley çayı sahilində, rayon mərkəzindən 10 km aralıda yerləşir. Atyaşevo dəmiryolu stansiyası ilə arasında məsafə isə 27 km-dir. Şimal və şərq hissədən meşə ilə əhatə olunmuşdur. Cənubunda Krasnaya Luqa, qərbində isə Povodimovo kəndləri yerləşir. Povodimovo kəndinə Lenin küçəsi ilə birləşir.
Adı[redaktə | mənbəni redaktə et]
Ad bir antroponimdir. Xristianlığı qəbul edənə qədər mordoviyalılar arasında geniş yayılmış "Çindyan" (Çindyans ) adı ilə əlaqədardır.
Tarixi[redaktə | mənbəni redaktə et]
Kənd XVII əsrin əvvəllərində salınmışdır. 1863-cü ilə aid Simbirsk vilayətinin yaşayış məntəqələrinin siyahısında Çinyanovo 118 həyət qeydə alınır. 1930-cu ildə kənddə «Azadlıq» (rus. «Свобода») adlı kolxoz təşkil edilmişdir. 1970-ci ildən kolxozun adı «Pobeda» olaraq adlandırılmışdır.
Görməli yerləri[redaktə | mənbəni redaktə et]
- Böyük Vətən müharibəsində həlak olmuşların şərəfinə qoyulmuş abidə.
- Çinyanovo ətrafında İmenkov mədəniyyətinə aid məskənlərinin qalıqları.
İnfrastruktur[redaktə | mənbəni redaktə et]
Müasir dövrdə kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, rabitə qovşağı, idman zalı, stadion, provaslav məbədi fəaliyyət göstərir. Kənddə «Erzyanka» xalq-etnoqrafik ansamblı mövcuddur.
Küçələr[redaktə | mənbəni redaktə et]
- Sovetskaya
- Koperativkaya
- Leninskaya
- Kooperativnaya
- Naberejnaya
- Qaqarin
- Molodyojnaya
Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]
- А. S. Şeqlov — yazıçı.
- Aleksdandr Arapov — eyzyan əsilli şair, yazıçı, jurnalist, tərcuməçi.
- О. P. Vasilkin — Mordoviya Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi.
- M. M. Fedetova — Mordoviya Respublikasının əməkdar həkimi.
- Mixail Sedoykin — erzyan əsilli muğənni.
Əhalisi[redaktə | mənbəni redaktə et]
2001-ci il Ümumrusiya siyahıya alınmasına kənddə 636 nəfər yaşamışdır. Əhalinin hamısı erzyan əsilli olmuşdur. 2016-cı il məlumatına görə isə kənddə 439 nəfər yaşayır.