Çərkəz Muradov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çərkəz Muradov
Çərkəz Musa oğlu Muradov
Doğum tarixi 1918
Doğum yeri
Mükafatları Sosialist Əməyi Qəhrəmanı

Çərkəz Muradov (1918, Araz Yağlıvənd, Qaryagin qəzası) — Sosialst əməyi qəhrəmanı, Məşədi Əmir Murad yüzbaşının nəvəsidir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Musanın ikinci oğlu Çərkəz 1918-ci ildə anadan olmuşdu. O da ailəsi ilə birlikdə Qazaxıstana sürgün olmuşdu.

Çaldır-çuldur əməldən əl çəkib öz sadə həyatının mənasını halal zəhmətdə görən, bütün gənclik enerjisi və qabiliyyəti ilə çalışan Çərkəzin də taleyi üzünə gülmüşdür. Çuğundur üzrə manqa başçısı işləyən və elə birinci ildən bol məhsul götürən və hünəri, qeyrəti, işi və əməli ilə sübut etmişdir ki, dünyada sağalmayan yaralar yoxdur. 1937-ci ilin faciəsi onun arzusu və istəyi puç olmuş bir yağləvəndli kimi sıxsa da, sarsıtsa da o həyata, adamlara inamını itirməmişdi. Çünki bütün insanlar kimi onun da doğmaları, ailəsi, uşaqları vardı. O, varlığı ilə çalışırdı. Çalışırdı ki, yaxınlarının üzünü ağartsın, soylarını üzqaraçılığını boynundan atsın.

1947-ci ildə ona da qardaşı ilə birlikdə Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ad, fəxri ünvan verilmişdi.

Çərkəz Ruqiyyə xanımla ailə qurub. Əhliman adlı oğlu var.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Əmirmuradlı tirəsi:yaranış və yaşamı, "Soy" dərgisi, 5 (13), 2008, səh.6-18.