İşıqlanma qurşaqları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İşıqlanma qurşaqları — Yerin kürə formasında olması, öz ətrafında və Günəş ətrafındakı hərəkəti səbəbi ilə ayrı-ayrı sahələrinin vahid zaman çərçivəsində müxtəlif dərəcədə işıqlanması və istilik alması nəticəsində yaranan coğrafi hadisədir. Günəş şüalarının düşmə bucağından, gecə və gündüzün uzunluğundan, fəsillərin yaranmasından asılı olaraq Yer üzərində beş işıqlanma qurşağı ayrılır.

Haqqında[redaktə | mənbəni redaktə et]

Şimal və Cənub tropikləri arasında isti işıqlanma qurşağı (və ya tropik qurşaq) yerləşir. Burada il ərzində Yer səthi çoxlu miqdarda istilik alır, iqlim çox istidir.

Tropiklər və qütb dairələri arasındakı ərazilərdə Şimal və Cənub mülayim işıqlanma qurşaqları ayrılır. Günəş burada zenitdə olmur. İlin dörd fəsli mülayim qurşaqlarda aydın hiss edilir. Şimaldan cənuba doğru iqlim istiləşir. İqlim isə bu qurşaqlar daxilində mülayimdir.

Şimal qütb dairəsindən yuxarıda Şimal soyuq işıqlanma qurşağı, Cənub qütb dairəsindən aşağıda Cənub soyuq işıqlanma qurşağı ayrılır. Onlara qütb qurşağı da deyilir. Bu işıqlanma qurşaqları daxilində yayda qütb gündüzləri olur. Günəş üfüqdəçox alçaqda durur. Yer səhti Günəş tərəfindən çox zəif qızdırılır. Qışda uzun müddət Günəş üfüqdə görünmür və qütb gecələri müşahidə edilir. Burada iqlim soyuqdur.

Beləliklə, Yer üzərində bir isti, iki mülayim və iki soyuq (qütb) işıqlanma qurşağı vardır.

İstinadlar[redaktə | mənbəni redaktə et]