İrtış QBK
İrtış (Qadın basketbol klubu) | |
---|---|
Liqalar | Qadınlar arasında basketbol üzrə Qazaxıstan çempionatı |
Yaranma tarixi | 1984 | )
Arena | Ordu Klubu "İdman klubu* |
Yer | Pavlodar |
Klub rəngləri | Ağ, Qırmızı, |
Baş məşqçi | Anna Bısova |
Sayt | bcirtysh.kz |
"İrtış" (qazax dilində:Epтic) — Qazaxıstanın ən nüfuzlu qadın basketbol klubu. Klub 15 dəfə Qazaxıstan çempionu olmuş, 7 mövsümdə Rusiya basketbol çempionatında itirak etmişdir. Rusiya çempionatında ən yüksək nailiyyəti 2000/2001-ci il mövsümündə 6-cı yeri tutmasıdır.
Tarixi[redaktə | mənbəni redaktə et]
"İrtış" qadın basketbol klubunun əsası 1984-cü ildə təşkil olunmuşdur. Komandanın uğurlu çıxışlarının başlanğıcı XX əsrin 90-cı illərində Pavlodar neft-kimya zavodu bu klubu öz himayəsinə götürməsindən sonra başlanmışdır. Qazaxıstan basketbol çempionatının 2013-2014-cü il mövsümündə "İrtış" komandası 15-ci dəfə ölkə çempionatının qalibi olmuşdur.[1] Komanda eyni zamanda 15 dəfə Qazaxıstanın ən yaxşı milli komandası titulunu qazanmışdır.[2].
Pavlodar basketbol komandası Qazaxıstan basketbol çempionatında iştirak etməklə yanaşı, Rusiya çempionatında da iştirak etmişdir. Rusiya Basketbol Federasiyasının razılığı ilə İrtış komandası 1998-1999-cu il mövsümündə Rusiya birinciliyinin yuxarı liqasında iştirak etmiş və ardıcıl olaraq 2 dəfə turnirin qalibi olmuşdur. 2000-ci ildə klub Rusiyanın super liqasında iştirak etmiş və elə birinci mövsümdə 18 komanda arasında 6-cı yeri tutmuşdur.
Məşhur oyunçuları[redaktə | mənbəni redaktə et]
Xarici keçid[redaktə | mənbəni redaktə et]
- ""Нефтяные волчицы" большого баскетбола" (rus). Np.kz. 2014-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
- "Статистика команды в чемпионате Россииb" (rus). Statbasket.ru. 2014-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
- "Профиль команды" (ingilis). Аsia-basket.com. İstifadə tarixi: 2014-9-10.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "XXII-й чемпионат Казахстана среди женских команд 2013/14" (rus). Vesti.kz. 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
- ↑ "«Иртыш-ПНХЗ» стал 15-кратным чемпионом страны" (rus). 24.kz. İstifadə tarixi: 2014-09-10.
- Basketbol klubları
- SSRİ basketbol klubları
- Qazaxıstan basketbol komandaları
- Əlifba sırasına görə basketbol klubları
- İllərinə görə basketbol klubları
- 1984-cü ildə yaradılmış basketbol klubları
- XX əsrdə yaradılmış idman klubları
- XX əsrdə yaradılmış basketbol klubları
- Pavlodar basketbol klubları
- 1984-cü ildə basketbol