Şərq xortumçiçəyi
Rhynchocorys orientalis L.
Qısa morfoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 15-50 (70) sm olan, gövdəsi zəif, düz, sadə və ya budaqlanmış olan az tükcüklü birillik ot bitkisidir.
Yarpaq[redaktə | mənbəni redaktə et]
Yarpaqları oturaqdır, yumurtrşəkilliuzunsov və yaxud yumurtaşəkilli-neştərvaridir. Qaidə hissəsi demək olar ki, ürəkşəkilli, küt və ya sivridir, kənarları küt-mişarvaridir.
Çiçək[redaktə | mənbəni redaktə et]
Çiçəkləri təkdir, qarşı-qarşıya düzülmüş yarpaqların künclərində yerləşmişdir. Çiçək saplağı yarpaqlardan qısadır. Çiçək tacı sarı rənglidir, üst dodağı qaidə hissəsində iki ədəd qısa, dəyirmi yan bölümlüdür. Alt dodağı iridir, xaricdən tükcüklü, üç bölümlüdür.
Meyvə[redaktə | mənbəni redaktə et]
Qutucuq meyvənin uzunluğu 8 mm, dəyirmi, yumulmuş və tüklüdür. Toxumları uzunsov və dərin şırımlı olub, uzunluğu 3 mm-dir.
Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]
İyun-Avqust
Meyvə verməsi[redaktə | mənbəni redaktə et]
İyul-Avqust
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta dağ qurşağından subalp qurşağına qədər. Dağ çəmənlərində, meşə talalarında, əkin sahələrində alaq kimi bitir.[1]
Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]
Dağ çəmənliklərində və meşə talalarında, tez-tez əkin sahələrində alaq kimi rast gəlinir.