Şuşa qalasının açarı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Şuşa qalasının açarı- Qarabağ xanlığının inzibati mərkəzi Şuşa şəhərinin qala qapısının açarı[1]

Təsviri

Şuşa qalasının açarı gümüşdən hazırlanaraq qızılı və gümüşü saplarla toxunmuş qotazlarla işlənib[2].

Tarixi

Açarlar Çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülmüşdür. Daha sonra 1924-cü ildə Tiflis şəhərindəki Qafqaz Hərb Tarixi Muzeyindən alınmışdır. Gümüşü saplı qotazları olan açar ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyası tərəfindən bərpa və konservasiya edilmişdir. Açar gümüşə xas qaralmadan və oksid təbəqəsindən təmizlənmiş, qoruyucu təbəqə ilə örtülmüşdür. Açarın qotazları isə təmizlənmiş, sökülmüş, itirilmiş hissələri, saçaqlarının zədələnmiş ipləri bərpa və konservasiya olunmuşdur. Gümüş açar laboratoriyanın əməkdaşı Tural Nəbiyev, qotazlar isə Nuridə Hüseynova tərəfindən bərpa və konservasiya olunmuş və fonda təhvil verilmişdir[3].

Mühafizə yeri

Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarları mühafizə olunur[4].

İstinadlar

  1. "Məktəb Guşəsi jurnalı". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  2. "Muzeyində Şuşa qalasının gümüş açarı saxlanılır". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  3. "Şuşa qalasının gümüş açarı bərpa olunmuşdur". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  4. "Tarix Muzeyində Şuşa qalasının gümüş açarı saxlanılır". 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.