Ərəstun Axundov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Ərəstun Axundov
Fəaliyyəti alim

Axundov Ərəstun Həmzə oğlu (d. 1924 — ö. 1990) — Azərbaycan iqtisadçısı.

1962-ci ildə Kiyev şəhərində namizədlik, 1977-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1979-cu ildə professor elmi adını almışdır. Keçmiş SSRİ məkanında "vaxta qənaət qanunu"nun tanınmış tədqiqatçılarından biri hesab olunurdu. Bu mövzuda maraqlı tədqiqatların müəllifidir. 1982–1990-cı illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, professor kimi fəaliyyət göstərmişdir.[1]

  1. Böyük İqtisadi Ensiklopediya. Bakı 2012.