2008 Çimərlik futbolu üzrə Avropa kuboku — çimərlik futbolu üzrə 9-cü Avropa çempionatı. Yarışma 2008-ci il 18–21 sentyabr aralığında Azərbaycanın paytaxtı Bakı şəhərindəda keçirilmişdi. Çempionatda 6 komanda iştirak edirdi. Halbuki 8 komanda iştirak etməli idi. Səbəb isə gürcü-rus münaqişəsi səbəbindən Portuqaliya və Fransa milliləri Azərbaycana gəlməkdən imtina etmişlər.
Qrupun birincisi olan komandalar Avropa kubokunun finalında oynamaq hüququ əldə edir. Qrupda ikinci yeri tutan komanda 3-cülük, 3-cü yeri tutanlar isə 5-cilik uğrunda yarışmaya qatılırlar.
Bütün oyunlar Bakı vaxtı ilə başlayır (UTC+05:00).