2010 Qış Olimpiya Oyunları medal sıralanması
2010 Qış Olimpiya Oyunları və ya rəsmi adı ilə XXI Qış Olimpiya Oyunları qış idman növləri üzrə fevralın 12-dən 28-nə gədər Kanadanın Vankuver şəhərində baş tutdu. Ümumi olaraq 82 dövlətin 2 632 idmançısı 7 müxtəlif idman növü üzrə 15 yarışda mübarizə apardı. Vankuver Olimpiadasında 86 medal dəsti uğrunda mübarizə getdi.[1]
Vankuver Olimpiadasında 26 ölkənin idmançıları ən azı bir medal qazandı, həmin ölkələrdən 19-u ən azı bir qızıl medal qazandı. Kanada ilk dəfə ev sahibi olduğu Olimpiya Oyunlarında qızıl medal qazandı; buna gədər Kanada 1976-cı ildə Monrealda və 1988-ci ildə Kalqaridə qızıl medal qazana bilmədi. Həmçinin Kanada idmançıları tarixində ilk dəfə medal sıralanmasında birinci yeri tutdu[2], bundan savayı Kanada Qış Olimpiya Oyunlarında ən çox qızıl medal qazanan ölkə oldu, (14). Buna gədər SSRİ 1976-cı ildə və Norveç 2002-ci ildə 13 qızıl medal qazandı.[3] Amerika Birləşmiş Ştatları isə Qış Olimpiya Oyunlarında ən çox medal qazanan ölkə olaraq yeni rekorda imza atdı, (37). Keçmiş rekord 2002-ci ildə Almaniya tərəfindən qeydə alındı, (36).[2] Belarus və Slovakiyanın idmançıları tarixində ilk dəfə olaraq Qış Olimpiya Oyunlarında qızıl medal qazandı.[4]
Norveç xizəkçisi Marit Börgen Vankuver Olimpiadasında ən çox medal qazanan idmançı oldu, beş medal (üç qızıl, bir gümüş və bir bürünc) və həmçinin Çinli şort-trekçi Van Men üç qızıl medal qazanaraq, ən çox qızıl medal qazanan idmançıdan biri oldu.
Medal sıralanması[redaktə | mənbəni redaktə et]
Vankuver Olimpiadasında kişilərin fərdi biatlon yarışlarında qızıl medal Norveç qazandı. Gümüş medal isə iki idmançıya təqdim olundu, Norveç və Belarus idmançılarına. Bürünc medal isə təqdim olunmadı.
* — ev sahibi (Kanada)
Kanada (CAN)* | |||||
Almaniya (GER) | |||||
Amerika Birləşmiş Ştatları (USA) | |||||
Norveç (NOR) | |||||
Cənubi Koreya (KOR) | |||||
İsveçrə (SUI) | |||||
Çin (CHN) | |||||
İsveç (SWE) | |||||
Avstriya (AUT) | |||||
Niderland (NED) | |||||
Rusiya (RUS) | |||||
Fransa (FRA) | |||||
Avstraliya (AUS) | |||||
Çex Respublikası (CZE) | |||||
Polşa (POL) | |||||
İtaliya (ITA) | |||||
Belarus (BLR) | |||||
Slovakiya (SVK) | |||||
Böyük Britaniya (GBR) | |||||
Yaponiya (JPN) | |||||
Sloveniya (SLO) | |||||
Xorvatiya (CRO) | |||||
Latviya (LAT) | |||||
Finlandiya (FIN) | |||||
Estoniya (EST) | |||||
Qazaxıstan (KAZ) | |||||
Qalereya[redaktə | mənbəni redaktə et]
-
Körlinq yarışlarının mükafatçıları: Gümüş medalçı Kanada yığması, qızıl medalçı İsveç yığması bürünc medalçı Çin yığması
-
Skeleton yarışlarının mükafatçıları: Gümüş medalçı Kertsin Szimkoviak (Almaniya), qızıl medalçı Ami Villiams (Böyük Britaniya), Anja Huber (Almaniya)
-
Fiqurli konkisürmə yarışlarının Çinli mükafatçıları: Qızıl medalçı Şen Xue və Jao Hongbo, gümüş medalçsı Tong Jian və Pang Qing
-
Fiqurlu konkisürmə yarışlarının qızıl medalçısı Cənubi Koreyalı Kim Yu-Na
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
Mənbələr[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "The Vancouver 2010 Olympics Winter Games: By the numbers. (ing)". www.vancouver2010.com (Vankuver 2010 Qış Olimpiadası). 2010-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2010.
- ↑ 1 2 "U.S. clinshes medal mark; Canada ties gold record". www.washingtontimes.com. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2010.
- ↑ "Canada sets Olympic gold record". www.cbc.ca. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2015.
- ↑ "Anastazia Kuzmina wins Slovakia first winter crown". www.theaustralian.com.au. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2010.