Adil Abdulla Əl-Fəlah
Adil Abdulla Əl-Fəlah | |
---|---|
Doğum tarixi | 1953 |
Doğum yeri |
Adil Abdulla Əl-Fəlah — Küveyt dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavini (1992-ci ildən); Asiya Müsəlmanları Komitəsinin sədri
Həyatı[redaktə | mənbəni redaktə et]
1953-cü ildə Küveyt dövlətində anadan olmuşdur.
Təhsili[redaktə | mənbəni redaktə et]
1997-ci ildə Küveyt Universitetinin Ədəbiyyat fakültəsini Psixologiya və Sosiologiya ixtisası üzrə bitirmiş və Lisans dərəcəsi almışdır. 1982-ci ildə Səudiyyə Ərəbistanı Krallığındakı İmam Məhəmməd bin Səud adına İslam Universitetinin magistraturasını İslam informasiyası Televiziya ixtisası üzrə bitirmişdir.
Küveyt dövlətində müxtəlif hökumət vəzifələrində, ictimai təşkilatlarda və tədris müəssisələrində, habelə dini qurumlarda çalışmışdır.
1992-ci ildən Küveyt dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavinidir.
Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]
İslam informasiya vasitələri sahəsində çoxsaylı elmi əsər və məqalələrin müəllifidir.
Kitabları[redaktə | mənbəni redaktə et]
- Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı, "Qismət", 2007, 108 səh. (şəkilli)[1]
Ailəsi[redaktə | mənbəni redaktə et]
Evlidir, on uşağı var.
Mükafatları[redaktə | mənbəni redaktə et]
- 24.04.2010 — "Dostluq" ordeni[2].
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Adil Abdulla Əl-Fəlah. Heydər Əliyev və milli-mənəvi dəyərlər Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine. Bakı, "Qismət", 2007, 108 səh. (şəkilli) (az.)
- ↑ "Adil Abdulla Əl-Fəlahin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2010-cu il tarixli, 871 nömrəli Sərəncamı. e-qanun.az [ölü keçid] (az.)