Atom bombası ədəbiyyatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Hiroşima qeydləri"nin (1965) müəllifi Kenzaburo Oe.

Atom bombası ədəbiyyatı (原爆文学, Qenbaku bunqaku?)Hiroşima və Naqasakinin atom bombardmanı haqqında yazıları əhatə edən yapon ədəbi janrı.[1] Termin 1960-cı illərdə ortaya çıxmışdır.[2] Postmüharibə dövrünün ilk illərində istifadə olunan hibakuşa ədəbiyyatı (被爆者文学, hibakuşa bunqaku?) termini isə atom bombası qurbanları haqqında yazıları əhatə edən yapon ədəbi janrıdır.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Atom bombası ədəbiyyatının ilk ədəbi nümunələri əsasən avtobioqrafik xüsusiyyətlər daşıyırdı və gündəlik, jurnalist hesabatı, esse, tarixi sənəd kimi formaları özündə birləşdirirdi.[1] Janrın ilk ədəbi nümayəndələri şəhərə daxil olduqdan sonra şahid olduqlarını oxuculara çatdırmaq istəyirdilər.[1] 1953-cü ildə Yamaşiro Tomoe tərəfindən yazılmış "Atom bombasından sağ qurtulmaq: Atom bombası qurbanlarının memuarları" əsəri 23 qurbanın hekayəsini birləşdirirdi.[1] Oxşar tərzdə tərtib olunmuş "Naqasaki şahidliyi" əsəri isə 1969–1978-ci illərdə nəşr olunmuşdur.[1] Birinci şəxsin təkindən nəql olunan esse və hekayələr isə əvvəl yazıçı olmayan hibakuşalar tərəfindən yazılırdı.[1] Kyoko Hayaşi, Tamiki Hara, Yoko OtaSadako Kurihara kimi hibakuşaların əsərləri ilk belə əsərlərə nümunədir.[1]

Hibakuşa şairləri isə hayku, çoka, vaka formalarının kiçik strukturlarından istifadə edərək atom bombası poeziyasına töhfələr vermişdilər.[3] Ənənəvi şairlər onların bu üslubunu qınamışdırlar.[3] Atom bombası poeziyasında metafor və poetik simvollardan çox, atom bombası hücumları və qurbanlarına əhəmiyyət verilir.[3] Yaponiyada bir çox hibakuşa şeir kolleksiyası nəşr olunsa da, çox az qismi xarici dillərə tərcümə olunmuşdur.[3]

1960-cı illərdən etibarən hibakuşa olmayan, lakin bu janrda yazan yazıçıların sayı çoxalmağa başlamışdır.[3] Bu dövrün atom bombası ədəbiyyatında nüvə müharibəsi təhlükəsi mövzusu da ön plana çıxmışdır.[3] 1965-ci ildə Kenzaburo Oenin "Hiroşima qeydləri" adlı esse kolleksiyası "Sekai" jurnalında nəşr olunmuşdur.[3] 1966-cı ildə İbuse Masucinin "Qara yağış" romanı çapdan çıxmışdır.[3] 1981-ci ildə nəşr olunan Oda Makotonun "Hiroşima" romanı isə Yaponiyanın qurban təfəkkürünü asanlıqla qəbul etməsini sorğulamış və müzakirə mövzusuna çevrilmişdir.[4]

Keyci Nakazava tərəfindən yazılan və 1973–87-ci illərdə nəşr olunan "Barefoot Gen" bu janrda olan ən məşhur manqa seriyası hesab olunur.[2]

Əsərlər[redaktə | mənbəni redaktə et]

  • "Dövrdən dövrə", Hiroyuki Aqava, 1946.
  • "Xarabalıqlardan", Tamiki Hara, 1947.
  • "Yay gülləri", Tamiki Hara, 1947.
  • "Cəsədlər şəhəri", Yoko Ota, 1948.
  • "Məhvə doğru prelüd", Tamiki Hara, 1949.
  • "Naqasakinin zəngləri", Takaşi Naqay, 1949.
  • "Dəli süsən", İbuse Masuci, 1951.
  • "Ürək arzusu yurdu", Tamiki Hara, 1951.
  • "Atom bombası poemaları", Sankiçi Toqe, 1951.
  • "Bahar qəsri", Hiroyuki Aqava, 1952.
  • "Şeytan irsi", Hiroyuki Aqava, 1953.
  • "Yarı-insan", Yoko Ota, 1954.
  • "Hiroşima qeydləri", Kenzaburo Oe, 1965.
  • "Qara yağış", İbuse Masuci, 1966.
  • "Üç ton", İneko Sata, 1970-73.
  • "Ölüm ritualı", Kyoko Hayaşi, 1975.
  • "Hiroşima", Oda Makoto, 1981.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 Buckley, 2002. səh. 32
  2. 1 2 "The term 'Atomic Bomb Literature' came into wide use in the 1960s". Red Circle Authors. 5 May 2021. 6 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2021.
  3. 1 2 3 4 5 6 7 8 Buckley, 2002. səh. 33
  4. Buckley, 2002. səh. 34

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]