Cəfər Cəfərov (dilçi)
Cəfər Cəfərov | |
---|---|
Cəfər Mehdi oğlu Cəfərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | Alman dili |
Elmi adı | professor |
Cəfər Mehdi oğlu Cəfərov (22 dekabr 1904–8 dekabr 1968) — dilçi, tərcüməçi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Cəfər Mehdi oğlu Cəfərov 22 dekabr 1904-cü ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 1912–1917-ci illərdə Bakı şəhəri A. P. Yemilyanov adına gimnaziyada, 1918–1920-ci illərdə Bakı şəhəri IV kişi gimnaziyasında orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutunun Mühəndislik fakültəsinə daxil olub, lakin müəyyən səbəblərdən təhsilini Almaniyada davam etdirib. 1922-ci ildə Almaniyanın Berlin Universitetinin nəzdində fəaliyyət göstərən Alman dilinin Tədrisi İnstitutuna daxil olub, burada təhsilini bitirdikdən sonra Berlin Kommersiya
İnstitutunda təhsilini davam etdirib və buranı 1926/27-ci illərdə bitirib. 1927-ci ildə hərbiyə cəlb olunub. 1937-ci ildə Təkminləşdirmə İntitutunun nəzdində fəaliyyət göstərən Xarici dil müəllimlərinin hazırlanması üzrə kurs keçib. 1937-ci ildən V. İ. Lenin adına APİ-nin Xarici dillər fakültəsində çalışıb. 1941–1943-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib. 1943-cü ildə yenidən V. İ. Lenin adına APİ-də pedaqoji fəaliyyətini davam etdirib. 1948-ci ildən Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun Praktik alman dili kafedrasında baş müəllim, 1948-ci ildə Alman dili fakültəsinin dekanı, 1949-cu ildən Alman dilinin fonetikası kafedrasının müdiri vəzifələrində çalışıb. Fonetikanın nəzəri və metodiki mövzularında 22 məqaləsi nəşr olunub, respublikanın orta və ali təhsil müəssisələri üçün alman dili üzrə dərsliklərin həmmüəlifi, "Almanca-Azərbaycanca lüğət"in redaktoru və həmmüəlifidir, çoxlu sayda tərcümələrin müəllifidir.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Əmək və müharibə veteranı Cəfər Cəfərov "Şərəf nişanı" ordeni, "Böyük Vətən Müharibəsində göstərdiyi şücaətə görə", "Əmək fəaliyyətindəki xidmətlərinə görə", "Əmək veteranı" medalları ilə təltif olunub, Azərbaycan SSRİ-nin əməkdar müəllimi fəxri adına layiq görülüb, çoxlu sayda təşəkkürnamələri var.