Ceyhun Gözəlzadə
Ceyhun Gözəlzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 2002 |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 2020 (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Ağdərə uğrunda döyüşlər |
Təltifləri |
Ceyhun Nazim oğlu Gözəlzadə (25 aprel 2002, Bəydili, Biləsuvar rayonu – 30 sentyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
Ceyhun Gözəlzadə 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 2009–2020-ci illərdə Bəydili kənd orta məktəbini bitirmişdir.[1]
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Ceyhun Gözəlzadə 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Ağdərə istiqamətində gedən döyüşlərə könüllü qoşulmuş və qəhrəmancasına həlak olmuşdur.
Şəhid Ceyhun Gözəlzadə 30 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Bəydili kənd qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Gözəlzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Gözəlzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Gözəlzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]
Təltiflər[redaktə | mənbəni redaktə et]
- (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
- (24. iyun 2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[3]
- (24. iyun 2021) — "İgidliyə görə" medalı (ölümündən sonra)[4]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 "Şəhidlik bir səadət ki, hərkəs ona çata bilməz!". 03.01.2021. 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.01.2020.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ 1 2 Sitat səhvi: Yanlış
<ref>
teqi;:SM
adlı istinad üçün mətn göstərilməyib - ↑ 1 2 Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- 25 apreldə doğulanlar
- 2002-ci ildə doğulanlar
- Biləsuvar rayonunda doğulanlar
- 30 sentyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 18 yaşında vəfat edənlər
- Ağdərədə vəfat edənlər
- Biləsuvar rayonunda dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "İgidliyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər