Dümbək
Naviqasiyaya keç
Axtarışa keç
Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir.
Tarixçə[redaktə | mənbəni redaktə et]
Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir.
Quruluşu[redaktə | mənbəni redaktə et]
Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür. [1]
Şəkillər[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Azərbaycan ənənəvi musiqi atlası - Dümbək". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-03.