Dəmirqapı (Dunay)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dəmirqapı

Dəmirqapı (serb. Ђердапска клисура, rum. Porţile de Fier) — Dunay çayı yatağının KarpatStara-Planin dağlarının birləşdiyi yerdən keçən ensiz hissəsi. Çay qapısı adlanan bu ərazi SerbiyaRumıniya sərhəddində, Orşov şəhərindən cənubda yerləşir. Uzunluğu 15 km, eni 162 m. olan bu ərazi Avropanın ən gözəl məkanlarından biri hesab olunur.

Təbii və tarixi-mədəni əhəmiyyəti

Orta əsrlərdə Dəmirqapıya girişə nəzarət edən Qolubas qalası

Çayın sağ sahilində Serbiyanın Cerdap Milli Parkı yerləşir. Dəmirqapının ən qədim yerli əhalisi romandilli valaxlar olmuş. Valaxlar heyvandarlıqla məşğul olan yarımköçəri tayfalar idi. Çayın şimal sahilində isə müasir rumınların əcdadları məskunlaşmış. Cənubda, isə serblər və serb vlaxları məskunlaşmış

Təsərrüfat əhəmiyyəti

İti və astanalı axıma malik olan bu ərazidə çay nəqliyyatı demək olar ki, yox idi. 1896-cı ildə tikilən Sip keçid kanalınıdan sonra gəmiçilik inkişaf etməyə başladı. Kanalın üzunluğu 2,5 km-dir. 1964–1972-ci illərdə SSRİ-nin dəstəyi ilə Yuqoslaviya və Rumıniya arasında müasir gəmilər üçün keçid sistemi yaradıldı. Ərazidə böyük su anbarı və iki güclü su eletrik stansiyası istifadəyə verildi (Cerdap I və Cerdap II). Dəmirqapının ən böyük şəhəri Drobeta-Turnu-Severindir (Rumıniya).[1]

Şəkillər

Ədəbiyyat

  • Böyük Sovet Ensiklopediyası, 3-cü cild.

İstinadlar

  1. "Dəmirqapı". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.

Xarici keçidlər