Dərman sarımsaqotu
Hündürlüyü 20–100 sm, gövdəsi düz budaqlanmış, ikiillik ot bitkisidir.[1]
Yarpaq[redaktə | mənbəni redaktə et]
Kökətrafı yarpaqları uzun saplaqlarda yerləşib, böyrəkşəkilli, iri oyuqludişlidir. Gövdə yarpaqları ürəkşəkilliyumurtavaridir, sivri dişli, təpə yarpaqlarıyumurtaşəkilli-üçbucaq, qaidə hissəsi küt və ya pazvaridir.
Çiçək[redaktə | mənbəni redaktə et]
Çiçəkləri uzun salxımdadır. Ləçəkləri ağ rəngdədir, uzunluğu (4) 6–8 mm-dir. Çiçək saplağı meyvə verəndə qalınlaşır, uzunluğu 3–15 mm-dir.
Meyvə[redaktə | mənbəni redaktə et]
Qını köndələn şəkildə üzüyuxarı duran, çılpaq və çoxtoxumludur.
Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]
Aprel-May
Meyvə verməsi[redaktə | mənbəni redaktə et]
İyun-Avqust
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
BQ (Quba), Samur-Şabran oval., Xəzəryanı, Qobustan, Kür düz., BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.-dağ., Lənkəran oval. Orta dağ qurşağına qədər.
Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]
Meşələrdə, kolluqlarda, bağlarda, hasarların yanında rast gəlinir.
Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]
Sarımsaqotunun yarpaqları sarımsağın əvəzinə ədviyyat kimi istifadə olunur.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016