Gürcü asteri
Hündürlüyü 15 (30)-60 sm, gövdəsi möhkəmdir, düzdür, kələ-kötür-qısa tüklü, yuxarı hissədə qalxanvari budaqlanmış çoxillik ot bitkisidir.[1]
Yarpaq
[redaktə | mənbəni redaktə et]Yarpaqları tamkənarlı, aşağı yarpaqları ellipsşəkilli-belvaridir, qaidəsinə doğru saplağa daralandır, küt və ya sivridir.
Çiçək
[redaktə | mənbəni redaktə et]Səbət çiçək qrupu qalxanda toplanmışdır, yarımşarşəkillidir, eni 12–15 mmdir;qın yarpaqları uzunsov, küt və ya sivridir, yaşıl və ya tünd-qırmızı rəngdədir.
Dilcikşəkilli çiçəkləri mavi rəngdədir, qından iki dəfə uzundur.
Meyvə
[redaktə | mənbəni redaktə et]Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, adətən yumurtaşəkilli-uzunsovdur, tüklüdür.
Çiçəkləməsi
[redaktə | mənbəni redaktə et]İyul
Meyvə verməsi
[redaktə | mənbəni redaktə et]Avqust-Sentyabr
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub. Orta dağ qurşağından, subalp qurşağına qədər.
Yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]Çəmənliklərdə, kolluqlarda, meşə kənarında, töküntü yerlərdə, otlu yamaclarda rast gəlinir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016