Gürcü asteri
Hündürlüyü 15 (30)-60 sm, gövdəsi möhkəmdir, düzdür, kələ-kötür-qısa tüklü, yuxarı hissədə qalxanvari budaqlanmış çoxillik ot bitkisidir.[1]
Yarpaq[redaktə | mənbəni redaktə et]
Yarpaqları tamkənarlı, aşağı yarpaqları ellipsşəkilli-belvaridir, qaidəsinə doğru saplağa daralandır, küt və ya sivridir.
Çiçək[redaktə | mənbəni redaktə et]
Səbət çiçək qrupu qalxanda toplanmışdır, yarımşarşəkillidir, eni 12–15 mmdir;qın yarpaqları uzunsov, küt və ya sivridir, yaşıl və ya tünd-qırmızı rəngdədir.
Dilcikşəkilli çiçəkləri mavi rəngdədir, qından iki dəfə uzundur.
Meyvə[redaktə | mənbəni redaktə et]
Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, adətən yumurtaşəkilli-uzunsovdur, tüklüdür.
Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]
İyul
Meyvə verməsi[redaktə | mənbəni redaktə et]
Avqust-Sentyabr
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub. Orta dağ qurşağından, subalp qurşağına qədər.
Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]
Çəmənliklərdə, kolluqlarda, meşə kənarında, töküntü yerlərdə, otlu yamaclarda rast gəlinir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016