Hüseyn Cahangirov
Hüseyn Cahangirov | |
---|---|
Cahangirov Hüseyn Yolçu oğlu | |
Doğum tarixi | 24 avqust 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 2004 (54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
İxtisası | fizika |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini |
Fəaliyyət illəri | 1975-2004 |
Hüseyn Yolçu oğlu Cahangirov (24 avqust 1949, Kiçik Məzrə, Basarkeçər rayonu – 4 aprel 2004, Özbəkistan) – polkovnik-leytenant, Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini.
Həyatı[redaktə | mənbəni redaktə et]
Cahangirov Hüseyn 24 avqust 1949-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kiçik Məzrə kəndində müəllim ailəsində anadan olmuşdur.
1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və həmin ildə də Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə ADU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Hüseyn Cahangirov universiteti bitirdikdən sonra bir müddət hərbi xidmətdə zabit kimi qulluq etmişdir.
1974-cü ildə Kiçik Məzrə kənd orta məktəbində fizika müəlimi kimi fəaliyyət göstərmişdir.
1975-ci ildə Özbəkistana getmiş Daşkənd şəhərində Daxili İşlər orqanlarında işə qəbul edilmişdir.
Hüseyn Cahangirov Özbəkistanda aşağı vəzifədən başlayaraq polkovnik-leytenant rütbəsinə qədər yüksəlmiş və sonralar Özbəkistan Daxili İşlər Nazirliyində xüsusi idarənin rəis müavini işləmişdir.
4 aprel 2004-cü ildə Özbəkistan Respublikasında vəfat etmiş və Daşkənd şəhərində dəfn edilmişdir.
Ailəsi[redaktə | mənbəni redaktə et]
Hüseyn Cahangirovun üç oğlu, bir qızı var.
Oğlunun biri Amerika Universitetlərindən birini bitirmiş, Amerikada məsul vəzifədə işləyir və Amerika vətəndaşıdır. Qızı da Amerikada təhsil alır. Hal-hazırda iki oğlu və həyat yoldaşı Daşkənd şəhərində yaşayırlar.
Mənbə[redaktə | mənbəni redaktə et]
- Araz Yaquboğlu, Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011.