Hüseyn Qafarov
Naviqasiyaya keç
Axtarışa keç
Hüseyn Qafarov | |
---|---|
Hüseyn Rəcəb oğlu Qafarov | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Atası | Rəcəb |
Anası | Şamama |
Qafarov Hüseyn Rəcəb oğlu — müəllim, tarzən, Azərbaycan Respublikasının Əməkdar Artisti.
Həyatı[redaktə | mənbəni redaktə et]
Hüseyn Qafarov 6 avqust 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. 1993-1999-cu illər arasında Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının solisti olub. Hazırda Naxçıvan Muxtar Respublikası Babək rayon Zeynəddin kənd musiqi məktəbində müəllim vəzifəsində çalışır.
Təltifləri[redaktə | mənbəni redaktə et]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 sentyabr 2007-ci il tarixli sərəncamı ilə Qafarov Hüseyn Rəcəb oğluna Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir[1].
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2012-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
Mənbə[redaktə | mənbəni redaktə et]
- "Azərbaycan" qəzeti. 2007, 18 sentyabr, səh.2.